Cəmiyyət

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sep 2026, 12:40 18 baxış Admin
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.
"Bakupost" xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın qurultayına nümayəndələr seçilir.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər