Kriminal

Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi

07 Sep 2026, 19:43 18 baxış Admin
Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.

News24.az xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. (APA)

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər