Kriminal

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

07 Sep 2026, 17:10 28 baxış Admin
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər