Kriminal

Şərurda maşın yandı

07 Sep 2026, 10:48 22 baxış Admin
Şərurda maşın yandı

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobili yanıb.

Bu barədə News24.az-a Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğın baş verən əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğının genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.

Xəsarət alan olmayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər