Kriminal

Bakıda iki avtomobil toqquşdu - Ölən var

07 Sep 2026, 10:56 20 baxış Admin
Bakıda iki avtomobil toqquşdu - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib.

Nəticədə "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər