Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
07 Sep 2026, 10:01
22 baxış
Admin
Göyçayda bədbəxt hadisə baş verib.
"Bakupost" Azərtac-a istinadla xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.
İlkin məlumata görə, ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Hadisənin dəqiq təfərrüatları və körpənin ölüm səbəbi araşdırmadan sonra məlum olacaq.
Mənbə:
bakupost.az