"Neftçi SOCAR" yarımfinala yüksəldi
06 Sep 2026, 13:45
21 baxış
Admin
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gəlib.
Rəqibini 21:18 hesabı ilə üstələyən "ağ-qaralar" yarımfinala yüksəlib.
Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.
Mənbə:
news24.az