İlham Mirzəyev xəstəxanaya yerləşdirildi:
06 Sep 2026, 12:28
28 baxış
Admin
Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb.
"Bakupost" xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib.
O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib.
"Hazırda Mərkəzi Klinikadayam. Çoxlu dualar edin və hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız”, – deyə İlham Mirzəyev bildirib.
Lalə
Mənbə:
bakupost.az