Bakıda avtomobil ağaca çırpıldı, sərnişin öldü
04 Sep 2026, 09:43
18 baxış
Admin
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə sentyabrın 3-də qeydə alınıb.
2000-ci il təvəllüdlü Tehran İlham oğlu Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfindəki ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin ön oturacağında olan 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb. /Trend.az/
Mənbə:
news24.az