İdman

Messiyə görə bütün oyunlar

03 Sep 2026, 09:40 24 baxış Admin
Messiyə görə bütün oyunlar

Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib.
"Bakupost" Sport24.ru-ya istinadla xəbər verir ki, növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq.
Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu 1 dəqiqə ərzində alqışlayacaqlar.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər