Kriminal

Şəkidə ev yandı – FOTOLAR

02 Sep 2026, 20:58 21 baxış Admin
Şəkidə ev yandı – FOTOLAR

Şəkidə fərdi yaşayış evində yanğın hadisəsi olub.

News24.az xəbər verir ki, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin 45 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər