"Sabah" Çempionlar Liqasının ev oyunlarını hansı stadionda keçirəcək? - RƏSMİ AÇIQLAMA
02 Sep 2026, 16:16
238 baxış
Admin
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4 ev oyunu keçirəcək. Komandanın turnirin əvvəlki mərhələsindəki pley-off qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Maraqlıdır, “Sabah”ın Liqa mərhələsindəki ev oyunları da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək, yoxsa bunun üçün başqa məkan nəzərdə tutulub?
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq “Sabah” futbol klubundan bildirilib ki, komandanın Çempionlar Liqasının liqa mərhələsində 4 oyunu Bakıda keçirəcək: “Stadionla bağlı hər hansı yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Mənbə:
news24.az