Kriminal

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

01 Sep 2026, 09:55 28 baxış Admin
"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs həbs edilib.

News24.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo” marketdə baş verib.

Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü Bağırov Şövqi Cahid oğlu marketdən 450 manat dəyərində yeyinti məhsulları olan yağ oğurlayıb.

Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə iş qaldırılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə inzibati qaydada həbs edilib./Teleqraf

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər