Siyasət

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü oldu - FOTOLAR - YENİLƏNDİ

01 Sep 2026, 10:07 22 baxış Admin
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü oldu - FOTOLAR - YENİLƏNDİ

Qırğızıstanın paytaxtı Bişkek şəhərində sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

News24.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

09:35

***

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

News24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər