Kriminal

71 yaşlı kişi oğlunu bıçaqladı

31 Aug 2026, 19:11 129 baxış Admin
71 yaşlı kişi oğlunu bıçaqladı

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb. Mübahisə zamanı Təhmasib Novruzova bıçaqla xəsarət yetirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğluna xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı Nadir Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər