Kriminal

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız faciəvi şəkildə öldü

31 Aug 2026, 10:40 106 baxış Admin
Gürcüstanda 15 yaşlı azərbaycanlı qız faciəvi şəkildə öldü

Gürcüstanın Saqareco bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində 15 yaşlı azərbaycanlı qız vəfat edib.

News24.az hadisə Tüllər kəndində, Yadigarovlar ailəsinin evində baş verib.

Yeniyetmə qız yelləncəkdə yellənərkən dəmir konstruksiyanın kəndiri qızın boynuna dolanıb.

Ailə üzvləri isə qızı artıq ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə, intihar həddinə çatdırma faktı üzrə araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər