Xaçmazda qəza - Ölən və yaralananlar var
31 Aug 2026, 10:03
54 baxış
Admin
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var.
News24.az xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfərdən bir nəfər 2002-ci il təvəllüdlü Əskərov Eltun Elşən oğlu ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
news24.az