İdman

UEFA-dan Gəncə stadionu ilə bağlı MÜHÜM QƏRAR

30 Aug 2026, 17:31 31 baxış Admin
UEFA-dan Gəncə stadionu ilə bağlı MÜHÜM QƏRAR

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib. Pepperoni pizza

Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusunu alıb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksəksəviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər