İdman

"Qarabağ" braziliyalı yarımmüdafiəçi icarəyə götürdü

30 Aug 2026, 12:25 154 baxış Admin
"Qarabağ" braziliyalı yarımmüdafiəçi icarəyə götürdü

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçunu 1 illik icarəyə götürüb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər