İdman

"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı

30 Aug 2026, 09:48 25 baxış Admin
"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı

Misli Premyer Liqasında 3-tur davam edir.

News24.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Qərb derbisi saat 18:00-da başlayacaq. Bununla da "Kəpəz" 3 illik fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxacaq.

Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Görüş saat 20:15-də start götürəcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər