"Neftçi" belçikalı futbolçu heyətinə qatdı
28 Aug 2026, 21:09
25 baxış
Admin
"Neftçi" növbəti futbolçu transferini rəsmiləşdirib.
News24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana "ağ-qaralar"ın yeni üzvüdür.
27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.
O, ötən mövsüm sonuncu klubu "Atromitos"un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.
Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
Mənbə:
news24.az