Kriminal

Şəkidəki qəzada 3 nəfər ağır yaralandı

28 Aug 2026, 09:18 22 baxış Admin
Şəkidəki qəzada 3 nəfər ağır yaralandı

Gecə saatlarında Şəkinin Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza nəticəsində Oğuz rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar 36 yaşlı Rahim Salamov, 37 yaşlı Nurlan Həsrətov və Musa Mirzəyevdir.

Hadisə şahidlərinin köməyindən sonra qəzada xəsarət alanlar avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib. İlkin tibbi yardımlardan sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir, müayinə və müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Unikal

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər