UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı
27 Aug 2026, 20:18
26 baxış
Admin
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyunu başlayıb.
News24.az-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Görüş hava şəraiti ilə əlaqədar 15 dəqiqə gec start götürüb.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə:
news24.az