ADY-dən sərnişinlərə ŞAD XƏBƏR
25 Aug 2026, 20:06
2 baxış
Admin
Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə sentyabrın 5-i, 6-sı, 12-si və 13-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
“Bakupost” xəbər verir ki, bu istiqamətdə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür. pizza
Mənbə:
bakupost.az