Cəmiyyət

Müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

25 Aug 2026, 16:20 9 baxış Admin
Müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə News24.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər