Hakan Çalhanoğlu məşhur klubdan ayrılır
24 Aug 2026, 19:29
2 baxış
Admin
Hakan Çalhanoğlunun mövsümün sonunda “İnter”dən ayrılacağı iddia olunur.
News24.az xəbər verir ki, İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, Türkiyə millisinin kapitanı “İnter”lə müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılmaq niyyətindədir. Çalhanoğlunun müqaviləsi 30 iyun 2027-ci ildə başa çatır.
Bildirilir ki, 32 yaşlı futbolçu müqaviləsinin son mövsümündə “İnter”də uğurlu çıxış etmək və komandada iz qoymaq istəyir.
Hakan Çalhanoğlunun mümkün ayrılığı Türkiyənin iki nəhəng klubunun da diqqətindədir. “Qalatasaray” və “Fənərbağça”nın milli futbolçunun vəziyyətini yaxından izlədiyi qeyd olunur.
Çalhanoğlunun 2027-ci ildən sonra karyerasını Türkiyədə davam etdirə biləcəyi bildirilir.
Mənbə:
news24.az