Cəmiyyət

Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

20 Aug 2026, 11:49 11 baxış Admin
Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

News24.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bildirilib ki, bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub: "Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar". /APA/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər