Əsədin əmisi oğlu edam cəzasına məhkum edildi
18 Aug 2026, 15:42
24 baxış
Admin
Dəməşqin Dördüncü Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi edam cəzasına məhkum edib.
"Bakupost" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məhkəmə onu qətl və işgəncədə günahkar bilib.
Məhkəmə həmçinin Vasim Əsədin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edib.
Mənbə:
bakupost.az