Yer kürəsində G1 səviyyəli maqnit qasırğası BAŞLADI
18 Aug 2026, 12:02
25 baxış
Admin
Yer kürəsində gözlənilmədən maqnit qasırğası başlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Təxminən bir saat əvvəl dünyanın maqnit rəsədxanaları şəbəkəsi planetar miqyasda geomaqnit qasırğasını qeydə alıb. Qasırğanın gücü G1 səviyyəsində olub, yəni zəif hesab edilir”, – məlumatda deyilir.
Mənbə:
news24.az