Yunanıstanda helikopter qəzası: ÖLƏN VAR
17 Aug 2026, 21:06
20 baxış
Admin
Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.
"Bakupost" xəbər verir ki, bu barədə "Ekathimerini" məlumat yayıb.
İlkin məlumatlara görə, helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.
Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.
Aviaqəzanın səbəbləri araşdırılır.
Mənbə:
bakupost.az