Kriminal

Ucarda iki yük maşını toqquşdu, ölənlər var – FOTOLAR

15 Aug 2026, 21:52 16 baxış Admin
Ucarda iki yük maşını toqquşdu, ölənlər var – FOTOLAR

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Fort” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər