XİN İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi
15 Aug 2026, 21:36
14 baxış
Admin
Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
"Bakupost" xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.
“Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, - deyə XİN bildirib.
Mənbə:
bakupost.az