Dünya

Vaşinqton İraq Mərkəzi Bankına dollar tədarükünü bərpa etdi

06 Aug 2026, 23:55 1 baxış Admin
Vaşinqton İraq Mərkəzi Bankına dollar tədarükünü bərpa etdi

İraq Mərkəzi Bankı uzun müddətdən sonra ABŞ-dan ilk xarici valyuta partiyasını alıb.


"Bakupost" xəbər verir ki, bu barədə İraqın dövlət xəbər agentliyi INA mənbələrə istinadən bildirib.


Məlumata görə, partiyanın ümumi məbləği 500 milyon dollar təşkil edib.


Əldə edilən vəsaitin turizm və beynəlxalq ödənişlər üçün istifadə edilməsi planlaşdırılır.
İraq Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sistemində hesab açır və bu hesab vasitəsilə nağd dollar alır. Bağdad daxili pərakəndə tələbatı ödəmək üçün ABŞ valyutasından istifadə edir.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, İraq hakimiyyəti İrana və müttəfiqlərinə Amerika valyutası verməmək barədə razılığa gəldikdən sonra təchizat bərpa olunub.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər