Dünya

Azərbaycanın notasından sonra -

06 Aug 2026, 23:37 1 baxış Admin
Azərbaycanın notasından sonra -

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.
“Bakupost”un məlumatına görə, Gürcüstan XİN-dən Aktual.ge portalının sorğusuna bildirilib ki, qeyd olunan məsələ müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
“5 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib.
Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarına çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, - deyə Gürcüstan XİN Aktual.ge-yə təqdim etdiyi eksklüziv açıqlamada bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Report”un yerli bürosu Gürcüstan ərazisində tranzit yük daşıyan bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldığını, onlara saxlanılmanın səbəbi ilə bağlı rəsmi izahat verilmədiyini, sənədlərinin götürüldüyünü və yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim etdiyini xəbər verib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər