Dunay dayazlaşdı, 1700 illik sirr üzə çıxdı
Bolqarıstanda güclü quraqlıq nəticəsində Dunay çayı dayazlaşıb və təxminən 1700 il əvvəl inşa edilmiş Roma imperiyasının ən möhtəşəm mühəndislik qurğularından biri – Böyük Konstantin körpüsünün qalıqları suyun altından üzə çıxıb.
News24.az xəbər verir ki, körpü eramızın 328-ci ildə istifadəyə verilib və Roma imperiyasında tikilmiş ən uzun körpülərdən biri hesab olunurdu, lakin o, cəmi 40 ilə yaxın mövcud olub. Tarixçilərin fikrincə, körpü təxminən 367-ci ildə dağılıb və ya istifadədən çıxarılıb. Bunun dəqiq səbəbi isə məlum deyil. Körpü indiki Bolqarıstan və Rumıniya ərazilərini birləşdirirdi.
Məlumata görə, körpünün bünövrəsi yalnız Dunay çayında suyun səviyyəsi qeyri-adi dərəcədə aşağı düşəndə görünür. Bu hal sonuncu dəfə 2003 və 2022-ci illərdə qeydə alınıb. (BBC)