Dünya

Smolenskdə güclü qasırğa: ölənlər var

06 Aug 2026, 22:04 3 baxış Admin
Smolenskdə güclü qasırğa: ölənlər var

Rusiyanın Smolensk vilayətində güclü qasırğa nəticəsində uşaq və qadın həlak olub.

News24.az xəbər verir ki, şəhərin "Solovyinaya Roşa" parkında azyaşlı uşaq güclü külək nəticəsində aşan ağacın altında qalıb və ölüb.

"Lopatinski Sad" parkında isə əlverişsiz hava şəraiti səbəbilə bir qadın ölüb.

Hazırda şəhərin müxtəlif rayonlarında artıq 10-dan çox ağacın aşdığı qeydə alınıb. Smolensk meri Aleksandr Novikovun sözlərinə görə, güclü külək hələ davam edir. (APA)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər