Dünya

İran-Oman razılaşması: Hörmüzə nəzarət kimə veriləcək?

06 Aug 2026, 16:15 1 baxış Admin
İran-Oman razılaşması: Hörmüzə nəzarət kimə veriləcək?

İran və Oman arasında müzakirə olunan razılaşma layihəsi Tehranın Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət səlahiyyəti əldə etməsini nəzərdə tutur.
“Bakupost” xəbər verir ki, layihənin məqsədi aylardır davam edən ABŞ-İran qarşıdurmasına son qoymaqdır.
Məlumata görə, razılaşma qüvvəyə minərsə, bu, regionda qüvvələr balansını İranın xeyrinə dəyişə biləcək ən mühüm addımlardan biri hesab olunur.
ABŞ tərəfi məsələ ilə bağlı hələ rəsmi mövqe açıqlamayıb. Vaşinqton daha əvvəl Hörmüz boğazına nəzarətin İrana verilməsini qəbul etməyəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər