Dünya

Paşinyan iclasa papaqsız qatıldı

06 Aug 2026, 16:16 1 baxış Admin
Paşinyan iclasa papaqsız qatıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çolpon-Ata şəhərinə səfər edib.

News24.az xəbər verir ki, Paşinyan iki gün davam edəcək toplantının ilk günündə dövlət iqamətgahına gələrək nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirib. Yayılan görüntülərdə onun avtomobildən düşdükdən sonra papağını çıxararaq mühafizəçisinə verməsi əks olunub.

Qeyd olunub ki, sözügedən iclasda papaqla iştirak etmək qadağandır. Bildirilir ki, AİB Hökumətlərarası Şurasının iclası sabah bütün üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edəcək.

Paşinyanın bu səfəri Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir. Son aylarda tərəflər, xüsusilə Rusiyanın Ermənistandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fikir ayrılığı yaşayırlar

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər