Tramp: Qanunsuz immiqrant axınının qarşısını almışıq
06 Aug 2026, 12:40
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp ölkəyə qanunsuz immiqrant axınının dayandırıldığını iddia edib.
News24.az xəbər verir ki, o, bu barədə Las-Veqasda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözləinə görə, vəzifəyə başladıqdan qısa müddət sonra ABŞ-nin cənub sərhədindən qeyri-qanuni keçidlərin qarşısını alıb.
O, son 15 ay ərzində ölkəyə bir nəfər də qanunsuz immiqrantın daxil olmadığını qeyd edib.
ABŞ Prezidenti həmçinin cinayət törədən qanunsuz immiqrantların deportasiyasını davam etdirəcəklərini vurğulayıb və İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətini dəstəklədiyini bildirib.
Mənbə:
news24.az