Heqset Trampa yalan danışdı - Narazılıq artır
ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək üçün silah çatışmazlığı ilə bağlı məsələdə Pentaqon rəhbərinin onu yanlış məlumatlandırdığını düşündüyü bildirilib.
News24.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ prezidenti həftəsonu keçirilən görüş zamanı Pentaqon rəhbəri Pit Heqseti sərt tənqid edib.
Heqset isə məsuliyyəti öz müavininin üzərinə ataraq, onun prezidenti tam məlumatlandırmadığını bildirib.
Qəzet qeyd edib ki, Trampın müdafiə naziri ilə bağlı narazılığı getdikcə artır.
İddia olunur ki, məhz Pentaqon rəhbəri Trampı İranla müharibənin qısa sürəcəyinə və nisbətən asan qələbə ilə nəticələnəcəyinə inandırıb.
Məqalədə həmçinin vurğulanıb ki, ABŞ-nin İrana qarşı yeni genişmiqyaslı zərbələr endirməkdən imtina etməsinin əsas səbəblərindən biri uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların çatışmazlığı olub.