“Bir meyvənin bəşəriyyətlə nə dərdi var imiş...” – Nura Suri
05 Aug 2026, 23:13
2 baxış
Admin
“Deyəsən, bəşəriyyət tarixində nə baş veribsə, bu almanın başının altından çıxıb. Adəm-Həvva - alma. Troya müharibəsi - alma. Nyutonun cazibə qanunu - alma. Steve Jobsun alması”.
News24.az xəbər verir ki, bunu paylaşımında müğənni Nura Suri qeyd edib. O, fikirlərinə belə davam edib:
“Adəm və Həvvanın alması cənnətdən qovdurdu. Eris qızıl alma atır, Troya yerlə-yeksan olur. Steve Jobsun alması bütün dünya telefona baxa-baxa gəzdirir. Bir meyvənin bəşəriyyətlə nə dərdi var imiş, anlaya bilmədim”. (Yeni Sabah)
Mənbə:
news24.az