Hörmüz boğazı ilə bağlı birgə bəyanat hazırlanır
İran və Oman Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıb. Yaxın vaxtlarda bununla bağlı iki ölkənin birgə bəyanat yayacağı gözlənilir.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
"Əgər bəzi üçüncü tərəflər bu prosesə mane olmasalar, razılaşdırılmış əsas müddəaları və vacib məqamları özündə əks etdirən İran və Omanın birgə bəyanatı yekun baxılma və hazırlanma mərhələsindədir", – Bəqai bildirib.
Bundan əvvəl İran Dövlət Televiziya və Radio Şirkəti mənbəyə istinadən xəbər verib ki, Tehran və Maskat arasında hazırlanmaqda olan saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur.
Məlumata görə, boğazın açılması ilə bağlı yekun qərar ABŞ-nin atacağı addımlardan asılı olacaq.