Dünya

Ermənistan parlamentində səsvermə bitdi: yeni vitse-spiker o seçildi

05 Aug 2026, 19:00 2 baxış Admin
Ermənistan parlamentində səsvermə bitdi: yeni vitse-spiker o seçildi

Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan deputatı Vaaqn Aleksanyan Milli Assambleyanın sədr müavini (vitse-spiker) seçilib.

News24.az xəbər verir ki, səsvermədə onun namizədliyini 62 deputat dəstəkləyib, 27 deputat əleyhinə səs verib. Müxalifətdə təmsil olunan "Ermənistan" fraksiyası isə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, Aleksanyan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının təmsilçisidir. Ondan bir gün əvvəl isə parlament digər vitse-spiker vəzifəsinə hakim partiyanın daha bir üzvü – Ayk Konjoryanı seçib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər