Dünya

“Upır” dronunun yaradıcısının maşını partladıldı: Vəziyyəti ağırdır

05 Aug 2026, 18:07 2 baxış Admin
“Upır” dronunun yaradıcısının maşını partladıldı: Vəziyyəti ağırdır

Yekaterinburq şəhəri yaxınlığındakı Bolşoy İstok kəndində naməlum şəxslər hərbi istehsalla məşğul olan “Uraldronzavod”un direktoru Vladimir Tkaçuka məxsus olan “Mercedes” markalı avtomobili partladıblar.
"Bakupost" xəbər verir ki, partlayış o maşından bir qədər aralı olan vaxt baş verib.
Mənbə bildirib ki, hazırda Tkaçuk reanimasiyadadır və tibb işçiləri onun həyatı uğrunda mübarizə aparırlar. Müstəntiqlər ümumtəhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıblar.
Qeyd edək ki, Vladimir Tkaçuk cəbhə xəttində geniş tanınan "Upır" dronun yaradıcısı kimi tanınır. Cihazların yığılmasına 2022-ci ilin sentyabrında başlanılıb.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər