Putin orduda “təmizliyə” başladı
05 Aug 2026, 18:32
2 baxış
Admin
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə bir sıra kadr dəyişikliklərinə getdiyini elan edib.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, bu dəyişikliklər silahların idarəolunması və arxa cəbhə komandanlığının strukturuna təsir edib. “Mərkəz” və “Şərq” qruplarının yeni komandirləri, habelə yaradılmaqda olan pilotsuz sistem qüvvələrinin rəhbəri təyin edilib.
Putin Müdafiə Nazirliyində silahlarla bağlı bütün məsələlərin vahid əldə cəmləşməsinin başa çatdırdığını açıqlayıb. Aleksandr Sançik bu sahə üzrə müdafiə nazirinin müavini təyin edilib.
Oxşar prinsipdən istifadə edərək arxa cəbhədə bütün xidmətlərini birləşdirən vəzifə də yaradılıb və Valeri Solodçuk bu sahəyə məsul təyin edilib.
Donetskin işğalında ən mühüm vəzifələri icra edən “Mərkəz” qrupunun komandanlığına Andrey İvanayev təyin edilib.“Şərq” qrupunun qərargah rəisi Pyotr Bolqarev isə qrupun müvəqqəti komandiri təyin edilib. Putin silahlı qüvvələrin yeni bir qolunun - Pilotsuz Sistemlər Qoşunlarının yaradılması qərarını xatırladaraq, ona rəhbərliyi Denis Lyaminə həvalə edib.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az