Dünyanın ən rahat şəhərləri açıqlandı
05 Aug 2026, 14:57
2 baxış
Admin
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə reytinqdə birinci olub.
“Bakupost” xəbər verir ki, “Economist Intelligence Unit” tərəfindən hazırlanan 2026 Qlobal Yaşanabilirlik İndeksinə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik, təhsil və infrastruktur göstəriciləri üzrə maksimum – 100 bal toplayaraq ilk yeri tutub.
Reytinqdə ikinci yerdə 97 balla Avstriyanın paytaxtı Vyana qərarlaşıb. İlk beşliyə həmçinin Avstraliyanın Melburn və Sidney şəhərləri, eləcə də İsveçrənin Sürix şəhəri daxil olub.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az