Süni intellekt Hollivudu bir-birinə qatıb: Nolan da narahatdır
05 Aug 2026, 15:19
2 baxış
Admin
Süni intellekt Hollivudda ən mübahisəli mövzulardan biri olaraq qalır. 2023-cü ildə baş verən aktyor və ssenarist tətillərinin əsas səbəblərindən biri də generativ süni intellektdən ssenari yazılması və aktyorların rəqəmsal surətlərinin yaradılması ilə bağlı narahatlıqlar idi.
“Bakupost” xəbər verir ki, Hollivudun tanınmış simaları texnologiyanı tənqid etməkdə davam edirlər. “Backrooms” filminin rejissoru Keyn Parsons süni intellekti tamamilə aradan qaldırmaq istədiyini bildirib. Rejissor Kristofer Nolan isə texnologiyanı “Troya atı” adlandıraraq, onu müdafiə edənlərin niyyətlərinə şübhə ilə yanaşdığını deyib.
Buna baxmayaraq, süni intellekt film sənayesində getdikcə daha geniş istifadə olunur. Texnologiya ssenari hazırlanması, istehsal planlaması, kadrların yaradılması və montaj kimi mərhələlərdə tətbiq edilir.
Mart ayında “Netflix Ben Affleck”in rəhbərlik etdiyi süni intellekt istehsal şirkəti “InterPositive”i təxminən 600 milyon dollara satın alıb. Şirkət həmçinin bu il təxminən 300 filmin hazırlanmasında süni intellektdən istifadə etdiyini açıqlayıb.
İyun ayında isə “Google DeepMind”lə “A24” studiyası arasında süni intellekt alətlərinin hazırlanması üçün təxminən 75 milyon dollarlıq saziş imzalanıb.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az