Dünya

“OpenAI” “Apple”ın ittihamlarını rədd etdi, yazışmaları yaydı

05 Aug 2026, 14:34 3 baxış Admin
“OpenAI” “Apple”ın ittihamlarını rədd etdi, yazışmaları yaydı

“Apple”ın “OpenAI”a qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı yeni açıqlama verilib.
“Bakupost” xəbər verir ki, “OpenAI” şirkəti “Apple”ın irəli sürdüyü məxfi məlumatların qanunsuz əldə edilməsi ilə bağlı ittihamların əsassız olduğunu bildirib.
Şirkətin yaydığı açıqlamaya görə, “Apple”ın iddia etdiyi məxfi məlumatlar nə “OpenAI”da mövcuddur, nə də onların əldə edilməsi üçün hər hansı cəhd göstərilib.
Xatırladaq ki, “Apple” “OpenAI” da çalışan keçmiş əməkdaşlarını şirkətin məxfi texnologiyaları və hələ təqdim edilməmiş məhsulları ilə bağlı məlumatları qanunsuz şəkildə ötürməkdə ittiham edib.
“OpenAI” isə yayımladığı bloq yazısında bu iddiaları təkzib edib və mövqeyini əsaslandırmaq üçün tərəflər arasında aparılan yazışmaların bir hissəsini ictimaiyyətə təqdim edib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər