Rubinyanı Adanaya çağırdı: "Hamı bir süfrə arxasında kabab yesəydi, problemlər həllini tapardı"
05 Aug 2026, 12:17
2 baxış
Admin
Uğur Aydın adlı türkiyəli aşpaz Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyanı Türkiyəyə dəvət edib.
News24.az xəbər verir ki, Aydın bu addımı erməni siyasətçinin daha əvvəl Türkiyədə elmi-tədqiqat işləri apardığı dövrdə yerli mətbəxi, xüsusilə də Adana kababı və İsgəndər kababını çox bəyəndiyini bildirdikdən sonra atıb.
"Qoy gəlsinlər, bizim qonağımız olsunlar. Hamı bir süfrə arxasında kabab yesəydi, dünyada sülh bərqərar olar, bütün problemlər həllini tapardı", – deyə Uğur Aydın Rubinyanı öz hazırladığı kababı dadmağa dəvət edib.
Qeyd edək ki, Ruben Rubinyan avqustun 3-də Ermənistan parlamentinin sədri seçilib.
Mənbə:
news24.az