Rusiya Kiyevi vurdu - Çox sayda ölən və yaralanan var
Avqustun 5-nə keçən gecə Rusiya ordusu Kiyev vilayətinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti və Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
"Brovart rayonuna edilən hücum nəticəsində logistika və anbar komplekslərinin, istehsalat müəssisələrinin, ticarət obyektlərinin və digər binaların ərazisində iri miqyaslı yanğınlar baş verib. Fastov rayonunun Kalinovka kəndində zərbə nəticəsində müəssisə ərazisində yanğın baş verib. Yanğın söndürülüb", — deyə bildirilib.
Hazırda yanğınların söndürülməsi və zərbələrin endirildiyi yerlərdə işləri davam etdirilir. Həlak olanlar, yaralananlar və hücumun digər fəsadları barədə məlumatlar dəqiqləşdirilir.
Bununla yanaşı, Kiyev Vilayət Hərbi Administrasiyası düşmən hücumu nəticəsində Buça rayonunda bir nəfərin həlak olduğunu açıqlayıb.
Vilayət administrasiyası mülki əhali və mülki infrastrukturun qəsdən hədəf alındığını vurğulayıb.